GEOTERMAL SULAR

Yerin dərinliklərindən səthə çıxan sular. Yüksək temperatura və özünəməxsus kimyəvi tərkibə malikdir. Binaların, örtülü şitilliklərin (oranjeriya) qızdırılmasında istifadə olunur. Yüksək minerallığı olan G.S.-dan marikultur (dəniz orqanizmlərinin süni yetişdirilməsi) kimi də istifadə etmək olar. Şəkil Ağgöl (Milli park)
GEOSTRAFİK KÜLƏKLƏR
GƏRMİC KÜLƏK
OBASTAN VİKİ
Geotermal enerji
Geotermal enerji — bilavasitə və dolayı yolla günəş işığından asılı olan külək, günəş və sudan fərqli olaraq radioaktiv parçalanma və qravitasiya gücünün təsiri nəticəsində yerin təkindən daxil olur. Geotermal enerji yer qabığının müxtəlif dərinliklərində yığılmış isti su, buxar və qazlardan ibarətdir.
Məhəlli sular
Məhəlli sular — hər bir suveren dövlətin sahilindən okeana (dənizə) doğru 12 dəniz mili məsafədə olan sulara deyilir. Bu sularda dövlətin tam suverenliyi tanınır.
Neytral sular
Neytral sular — dənizlərdə quru suları sərhədlərinin suverenlik sahəsini təyin sahənin xaricində qalan beynəlxalq bölgədir. 1982-ci ildə, BMT III.Deniz hüququ haqqında Konvensiyanın milli Kara suları sərhədini maksimum 12 mil olaraq təyin etmişdir. Şəxsi razılaşmalarla müəyyən sərhədlər daha qısa tutula bilər. 31 may 2010-cu il tarixində İsrail komandoları beynəlxalq dibində kömək gəmilərinə hücum edərək dünya ictimaiyyətinin protestolarına səbəb olmuşlar.
Sular Novruzu
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Yeraltı sular
Yeraltı sular – Yer qabığının üst hissələrindəki süxur qatlarında maye, sülb və ya buxar halında olan sular; su saxlayan süxur xüsusiyyətindən asılı olaraq məsamə, çat və karst sularına bölünür. Yeraltı sular təzyiqsiz qrunt suları və təzyiqli artezian sularına ayrılır. Yeraltı suların tərkibi 60-dan çox kimyəvi elementlə doymuş olur. Yeraltı sular minerallaşma dərəcəsindən asılı olaraq şirin , şortəhər , şor, duzlu sulara bölünür. Temperaturuna görə soyumuş , çox soyuq , ilıq , isti , çox isti və qaynar olur. Tərkibindəki qazlar əsasən karbonlu, hidrogen-sulfidli, azotlu, kükürdlü, metanlı və qarışıq sulara ayrılır. Yeraltı suları-içməli sular, sənaye suları, mineral sular və termal sulara ayırırlar. Sənaye müəsisələrinin, xüsusilə energetika, neft-kimya və kimyəvi komplekslərinin fəaliyyəti, həmçinin neftin çıxarılması zamanı çirkləndirici maddələrin yeraltı sulara daxil olması. Kənd təsərrüfatı da çirklənmə mənbəyi ola bilər: tarlalardan gübrələrin yuyulması, maldarlığın çirkab axıntıları. Müxtəlif tip yeraltı su yataqlarnın öyrənilməsinin əsas prinsipləri aşağıdakılardır: Hər bir obyektdə hidrogeoloji axtarış və kəşfiyyat işlərinin təşkilinin hidrogeoloji əsaslandırılması və iqtisadi səmərəlilik prinsipi Bu prinsip iki hissədən ibarətdir: birinci hissədə şirin YSY-nin axtarış və kəşfiyyat işlərinin təşkili suya əvvəlcədən bildirilmiş təlabata uyğun aparılır.
Dərin sular (film)
Dərin sular (ing. Submergence ) — rejissor Vim Venders tərəfindən M. Ledqradın eyni adlı romanı əsasında çəkilmiş dramatik triller melodram filmidir. Filmdə baş rolları Ceyms Makevoy və Alisiya Vikander ifa etmişdirlər. Filmin dünya üzrə premyerası 2017-ci ildə Toronto Film Festivalında baş tutmuşdur. Filmin Rusiyada premyerası 1 mart 2018-ci ildə baş tutmuşdur. == Süjet xətti == Film bir-birini sevən və bir-birindən minlərlə kilometr məsafədə olan və ölüm-dirim mübarizəsi aparan bir kişi ilə bir qadının həyat hekayəsindən bəhs edir. Ceyms Somalidə cihadçıların əsiri kimi çürüyür, okeanoqraf-alim olan qadın Daniel isə okeanın dibinə təhlükəli bir ekspedisiya həyata keçirir. == Rollarda == == Çəkilişlər == Filmin çəkilişləri 12 aprel 2016-cı ildə başlamış və Fransa, Almaniya, İspaniya, Farer adaları və Cibutidə həyata keçirilmişdir.